KÖVRƏK MATERİAL

Bax: sementləşməmiş süxurlar. рыхлый материал unconsolidated rock
KÖRFƏZ
KRATER
OBASTAN VİKİ
Kövrək
Kövrək, oxlov ya da vərdənə ilə açılan, yumru və incə xəmir yarpağı. Un, su və az miqdarda yağ ilə edilər. Kövrək ilə edilən yeməklərə nümunə olaraq paxlava, piroq, güllaç və kövrək çörəyi verilə bilər.
Material
Material — hər hansı bir əşyanın hazırlanmasında tətbiq olunan və ya hər hansı bir prosesə təsir edə biləcək maddə və ya maddələr birləşməsidir. Sonuncu halda material köməkçi və ya israf olunan materiallara bölünürlər. Qida, yanacaq və dərmanlar material sayılmırlar, çünki istismar prosesində onlar kimyəvi reaksiyaya girirlər və qismən və ya tamamilə yox olurlar. Qazları da çox vaxt materiallardan çıxarırlar. Materialın sürüncəkliyi — bərk cismin sabit yük və ya sabit mexaniki gərginlik altında zamandan asılı baş verən deformasiyasıdır. Bütün bərk cisimlər bu və ya digər şəkildə sürüncəklik xassəsinə malikdir. Metalların və digər materialların sürüncəkliyinin sistematik tədqiqi XX əsrin əvvəllərinə, əsasən də 40-cı illərinə təsadüf edir. Bu vaxtlar texnikanın inkişafı ilə əlaqədar buxar və qaz turbinləri pərlərinin, reaktiv mühərrik və raketlərin, müxtəlif konstruksiyaların disk elementlərinin sürüncəklik məsələlərinin həlli çox vacib idi. Detalların uzun müddət yüksək temperatur şəraitində yükə davamlı olmaları üçün yeni materiallar tələb olunurdu. Hesab edilirdi ki, sürüncəklik yalnız yüksək temperaturda baş verə bilər.
Kövrək palıd
Kövrək söyüd
Kövrək söyüd (lat. Salix × fragilis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Avropada, Qərbi Asiyada təbii halda yayılmışdır. Hündürlüyü 15-20 m-ə, gövdəsinin diametri 1 m-ə çatan ağac və ya kol bitkisidir. Çətri şarşəkilli, salxımvaridir. Qabığı külvarı, dərin çatlıdır. Budaqları düz, bir qədər əyilmiş, çılpaq, parlaq, qırmızımtıl və ya yaşımtıl göy rəngdədir. Yarpaqları çılpaq, nazik, uzunluğu 5-7, 5 sm, eni 1,2 sm, yumurtavari, lansetvari, parlaq, kənarları dişlidir. Tumurcuqları tünd-qonur rəngli, bir qədər uzun, əyilmişdir. Sırğaları yarpaqlarla eyni vaxtda əmələ gəlib, uzunluğu 4-5 sm, meyvələrdə dişi sırğalar isə 6-7 sm uzunluğa çatır.
Kövrək çörək
Kövrək çörəyi paxlava, piroq istehsalında istifadə edilən kövrəkdən fərqlidir. Oxlov ilə açılmış xəmirin saç üzərində bişirilməsi ilə əldə edilər. Kövrək çörəyinin ən əhəmiyyətli xüsusiyyəti dayanıqlı olmasıdır. Türk mədəniyyətində köməkləşərək bir səfərdə qonşu və qohumların da iştirakıyla edilər. Edildiyi zaman isə hər kəs üçün çox miqdarda edilər. Üst üstə düzülərək lay halında anbarlanar və üzəri örtülər. İstifadə ediləcəyi zaman üzərinə su səpilər bir az gözlədilərək yumşalması təmin edilər. yeyilməyə hazır hala gələn kövrək, eləcə yenilə bildiyi kimi, müxtəlif yemək vəsaiti olaraq da istifadə edilə bilər.
Kövrək çörəyi
Kövrək çörəyi paxlava, piroq istehsalında istifadə edilən kövrəkdən fərqlidir. Oxlov ilə açılmış xəmirin saç üzərində bişirilməsi ilə əldə edilər. Kövrək çörəyinin ən əhəmiyyətli xüsusiyyəti dayanıqlı olmasıdır. Türk mədəniyyətində köməkləşərək bir səfərdə qonşu və qohumların da iştirakıyla edilər. Edildiyi zaman isə hər kəs üçün çox miqdarda edilər. Üst üstə düzülərək lay halında anbarlanar və üzəri örtülər. İstifadə ediləcəyi zaman üzərinə su səpilər bir az gözlədilərək yumşalması təmin edilər. yeyilməyə hazır hala gələn kövrək, eləcə yenilə bildiyi kimi, müxtəlif yemək vəsaiti olaraq da istifadə edilə bilər.
Kövrək şoran
Kövrək şoran - (lat. Salsola futilis Iljin.) Tərəçiçəkkimilər – (Chenopodiaceae Vent.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. Qafqaz endemikidir. Gövdəsiz, kövrək, qonur qabıqla örtülü, çılpaq, 15-20 sm hündürlükdə yarımkolcuqdur. Yarpaqları 15–25 mm uzunluqda, 2-2,5 mm enində, yarımsilindrik, xətvari, göyümtül, kütdür. Çiçəkləri tək-tək, çiçəkaltlığı yarpaqlarının qoltuğunda sünbülvari çiçək qrupunda toplanmışdır. Qanadları tünd –qırmızı rəngdədir, aşağı üç qanadı bir qədər genişdir, böyrəkvari-dairəvi, digərləri tərs - yumurtavaridir. Tozcuq cıxıntıları lansetvaridir.
Kövrək şorangə
Şərq şorangəsi (lat. Salsola orientalis) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. VU D2 Azərbaycanın nadir bitkisidir. Hündürlüyü 15-20 sm, çılpaq, qonur qabıqla ör tülmüş, tez sınan budaqları olan yarımkoldur. Yarpaqları yarımsilindrik, xətvarı, uzunluğu 15–25 mm, eni 2-2,5 mm, göyümtül, kütdür. Çiçəkləri tək olub, çiçəkaltlığı yarpaq qoltuqlarında sünbülvari çiçək qruplarında toplanmışdır. Qanadları tündal qırmızı və ya bənövşəyi rənglidir və aşağı üç qanadı daha enli, yumru, digərləri əks-yumurtavarıdır. Tozluqların çıxıntısı lansetvarıdır. May ayında çiçəkləyir və oktyabr ayında isə meyvə verir.
Kövrək şorəngə
Abraziv material
Abraziv material abraziv alətlərin kəsici hissəsini təşkil edirlər. Kəsici dənəciklər şəklində istifadə edilən bu materiallar kifayət qədər bərk, istiyədavamlı, çoxlu tillərə malik olurlar. Onlar iki qrupa bölünürlər: təbii materiallar (kvars, sumbata, korund, təbii almaz) və süni abraziv materiallar (normal və az elektrokorund, monokorund, silisum karbidi, bor karbidi, bor nitridi və sintetik almaz). Abraziv materiallar əsasən maşın hissələrinin təmiz emalında istifadə edilirlər. Məqsədi pardaqlamada, honalamada, cilalamada emal olunan səthin kələkötürlüyünü azaltmaqdır. Təbiətdə rast gələn süxurlar və minerallar (kvars, sumbata, korund və almaz) aiddir. Kvars iri kristallı silisium 4-oksiddən ibarət olub aşağı kəsmə xassələrinə malikdir. Qum itiləyiciləri, bülöv daşları və pardax sumbata kağızı hazırlanmasında istifadə olunur. Sumbata və təbii korund alüminium oksidi kristallarından və (AL2O3) qatqılardan (sumbatada 25-30%, korundda 95%-ə qədər) ibarətdir. Sumbata qara və qara-boz, korund isə qəhvəyi rəngdədir.
Ağac (material)
Taxta və ya ağac — ağaclarda və kollarda hüceyrə bölünməsi nəticəsində yaranan daimi toxumadan ibarət materialdır. Ağacın oduncaq hissəsi sənaye üçün qiymətli hesab olunur. Ondan müxtəlif məqsədlər üçün konstruksiya materialları kimi istifadə olunur. Metala nisbətən aşağı möhkəmlik göstəricilərinə malik olmasına baxmayaraq ağacın texnikada öz tətbiq sahəsi mövcuddur. Ağac gövdəsinin en kəsiyi şəkildə göstərilmişdir. Gövdə xarici və daxili qatlardan ibarətdir. Xarici qat gövdəni xarici təsirlərdən qoruduğu halda, daxili qat – mantar qida madəllərini ağacın daxilinə hərəkət etdirməyə xidmət edir. Mantarın altında cavan hüceyrələrin və qabıq hissələrinin inkişaf etdiyi nazik kambi qatı yerləşir. Mərkəzə doğru getdikcə ağac gövdəsində sütul, nüvə və özək yerləşir. Sütul qatında əsas inkişaf prosesi gedir.
Gips (material)
Gips — inşaat materialı. Gips əsaslı tikinti materialları öz fiziki və texniki xassələrinə göra unikaldırlar. Gips, hava keçirən materialdır və eyni zamanda müəyyən miqdarda rütubəti özünə hopdurur, odadavamlılığı təmin edir və digər materiallarla müqayisədə yüksək səs termik izolyasiya xüsusiyyətlərinə malikdir. Gipsin tərkibində toksinlər yoxdur. O, bədənin dərisi ilə eyni pH dərəcəsinə malikdir. Gips ətraf mühit üçün zərərsiz və təhlükəsiz material olduğu üçün müxtəlif sahələrdə istifadə olunur. Deməli, gips uzaq keçmişdən məlum və böyük gələcəyi olan mükəmməl inşaat materialıdır.
Kompozit material
Kompozit material (kompozisiya materialı və ya birləşmə materialı da deyilir) əhəmiyyətli dərəcədə fərqli fiziki və kimyəvi xüsusiyyətləri olan iki və ya daha çox tərkibli materialdan hazırlanmış və birləşdirildikdə əvvəlkindən fərqli xüsusiyyətlərə sahib bir məmulat istehsal edən bir materialdır. Kompozit materialları bir neçə komponentdən ibarət olan materiallardır. Adatən, kompozit material plastik bazadan (matrisadan) və ona əlavə möhkəmlik, sərtlik, yüngüllük və s. verən gücləndirici doldurucudan ibarət olur. İstifadə olunan materiallardan, onların miqdarından və istiqamətindən asılı olaraq kompozitlərin xüsusiyyətləri istənilən xassələri əldə etmək üçün dəyişə bilər.
Material axını
Material axını - materialın əldə olunması, emalı, həmçinin müəyyən olunmuş sahə daxilində paylanması ilə bağlı bütün proseslərin birləşdirilməsi. Material axınının təşkili materialın hərəkəti, anbarlanması ilə bağlı tapşırıqları əhatə edir. Burada müəssisə xarici və daxili material axını fərqlənirlər. Müəssisə xarici hərəkətlər materialın əldə olunması və müəssisəyə çatdırılması ilə bağlı işləri əhatə edir və müəssisəni yalnız o vaxt əhatə edir ki, o, material axının icrasında iştirak edir. Müəssisə daxili material axını material xərcləri, material daxili, materialın yoxlanması, materialın anbarlanması və verilməsi mərhələlərinə bölünür. Maşınqayırmada material axını [[istehsal]ın planlanmasında yerinə yetirilən əsas işlərdəndir. İstehsal üçün vacib olan material axınının təşkili üçün aparılan analiz ona təsir edən bütün amilləri araşdıraraq material axını üçün vaxtin minimallaşdırılması, materialın anbarlarda gözləmə vaxtini kiçiltməyə, nəqliyyatın təşkilini yaxşılaşdırmağa və anbarların optimal yüklənməsinə nail olmağa xidmət edir. Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 423 s.
İriyarpaq kövrək mürdəşər
İriyarpaq kövrək mürdəşər (lat. Frangula grandiflora) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin mürdəşər cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssəs olanlar" kateqoriyasına aiddir - VU A2.c. Azərbaycanın nadir növüdür. 4-5 (6) m hündürlükdə kol va ya alçaqboylu ağacdır.Tumurcuqları iri olub, tüklüdür. Yarpaqları 7-22 sm uzunluğunda, 4-10 sm enindədir, nazik, tökülən, ellipsşəkilli və ya enli-ellipsşəkilli, təpə hissədə sivriucluvə ya üçbucaq formasında sivriləşmiş, qaidədə dəyirmi və ya azacıq ürəkvari, kənarları xırda mişardişli, üst tərəfdən tünd-yaşıl, çılpaq, tutqun, alt hissədən sarımtıl, damarlar boyunca tüklüdür. Çiçəkləri xırda, sarımtıl, uzunayaqlı boş 6-14 (1-2) çiçəkli qoltuq yarım çətirlərində toplanmışdır. Meyvələri şarabənzər, tünd-qırmızı, 6-8mm diametrində çəyirdəkdir, çəyirdəkləri 8 sayda, mərciyə bənzər, qəhvəyi rəngdə, enli şəffaf buruncuqludur. Çiçəkləməsi aprel-iyun, meyvə əmələ gətirməsi iyul-avqust aylarına təsadüf edir. Mezofitdir.
Kömür (qrafik material)
Qrafik material olan kömürlə çəkilmiş rəsm sənəti; Qurğuşun, kömür, qrafit kimi rəsm alətləri ilə çəkilmiş şəkildir. Təbiətdə olan bir çox materialına görə ən qədim sənət sahələrindən biridir. Təsviri sənətlərdə təhsilə və işə başlamaq üçün qrafik alət olan kömürlə çəkilmiş dizayn işlərindən istifadə edilir. Bununla birlikdə, Kömürlə çəkilmiş şəkillər özü bir sənət qolu olmuşdur. Ölçü şəkilə fərqli rənglər əvəzinə eyni rəngin fərqli tonları ilə verilir. Mənzərə, interyer, natürmort və abstrakt əsərlər kömür ilə çəkilə bilinsə də, daha çox portret şəklində istifadə olunur. Portretlərdə kömür və yağlı boya əvvəllər olduğu kimi bədii və ticarət dəyərini qoruyur. Eyni zamanda, digər texnikalardan daha asan və daha ucuz olması bu sahədəki həvəskar tədqiqat eskizlərini artırmışdır. Müxtəlif bədii baxışlara baxmayaraq kömür realizmin ən qalıcı texnikasıdır. Rəssamların fərqli üslublarına baxmayaraq, ən fərqli üslublar; ştrixləmə, cızma-qara, tonlamaq və kölgələndirmək.
Karbon lifli süni material
Karbon lifli süni material kompozit material olub, karbon liflərinin karbon matrisinə daxil edilməsi ilə əldə olunur. Belə materiallara həm də öz lifləri ilə gücləndirilmiş materiallar deyilir. Lifin növü, onların orientasiyası, həcmi və kompozit materialın hazırlanma üsulu sərbəst seçilə bilər və karbon lifli materialın xassələrinin geniş spektrdə əldə olunmasına imkan yaradır. Karbon lifləri ilə gücləndirilmiş materiallara formavermə, süni materialların hazırlanma üsulu ilə oxşardır. Karbon liflər termiki bərkiyən birləşdirici maddələrdə batirıldıqdan sonra qat-qat dolanır və preslənir. Bu zaman piroliz prosesi baş verir. Birləşdirici maddə kömürləşir. Birləşdirici maddə çəkisini itirir və məsaməli kompozit material alınır (şəkil 1). Bu aralıq material yenidən mayeyə hopdurulur və karbonlaşdırılır. Bu proses bütöv bir material alınana qədər dəfələrlə təkrar olunur.
Dövlət Material Ehtiyatları Agentliyi (Azərbaycan)
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi — Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında” 2021-ci il 7 oktyabr tarixli 1456 nömrəli fərmanı əsasında yaradılmışdır. Azərbaycan Republikası Prezidentinin 2022-ci il 10 fevral tarixli fərmanı ilə təsdiq edilmiş Nizamnaməyə uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi dövlət və səfərbərlik ehtiyatlarının yaradılması və idarə olunması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığını təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində tədbirlər görən, habelə Dövlət Taxıl Fondunun sərəncamçısı olan publik hüquqi şəxsdir.